Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mayın 11-dən sonra 65 yaşdan yuxarı şəxslərin evdən çıxması məsələsinə baxılacaq

Mayın 11-dən sonra 65 yaşdan yuxarı şəxslərin evdən çıxması məsələsinə baxılacaq

Tarix: 1 May 2020 17:18

Bakı. Samir Əli - Trend:

Hazırda 65 yaşdan yuxarı şəxslərin evdən çölə çıxması icazəsi məsələsinə baxılır. Mayın 11-dən sonra 65 yaşdan yuxarı şəxslərin evdən çıxması məsələsinə baxılacaq.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mayın 11-dək ölkədəki vəziyyət qiymətləndiriləcək və vəziyyətdən asılı olaraq qərar veriləcək:

"Mayın 4-dən tətbiq edilən yumşaldılmaya ola bilsin ki mayın 11-də yenidən baxılsın və həmin mərhələdən sonra yumşaldılma haqqında qərar qəbul olunsun və yaxud əksinə. Situasiya diqqətlə izlənəcək və yumşaldılma barədə qərar qəbul olunacaq".


Etiketlər:  Mayın dən sonra yaşdan yuxarı şəxslərin evdən çıxması məsələsinə baxılacaq


RƏYLƏR