Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 15:15
Bakı. Sara İsrafilbəyova, Mətanət Nəsibova - Trend:
Bakıda SOCAR-ın IV “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumu keçirilir.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycan, Avropa və Mərkəzi Asiyanın neft-qaz sektorundan 300-dək nümayəndə iştirak edir.
Forum iştirakçıları Azərbaycan, Özbəkistan, Türkmənistan və Qazaxıstanın enerji sahəsinin inkişafı, SOCAR-ın Türkiyədəki neft emalı və neft-kimya klasteri, neft emalı zavodu üçün yeni texnologiyalar, regional qaz layihələri, 2019-cu ildə qlobal karbohidrogenlər bazarında mümkün disbalanslar, regionda yeni yataqlar və onların ticarət axınına və ixrac marşrutlarına təsiri, qlobal kontekstdə Xəzər və Mərkəzi Asiya nefti və digər məsələləri müzakirə edirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin