Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Turizm fəaliyyəti bərpa edildikdən sonra istirahət zonalarına səfər etmək barədə düşünə bilmərik''

''Turizm fəaliyyəti bərpa edildikdən sonra istirahət zonalarına səfər etmək barədə düşünə bilmərik''

Tarix: 1 May 2020 18:14

Turizm və hotelçilik sahəsi üzrə fəaliyyət bərpa edildikdən sonra da düşünə bilmərik ki, istirahət zonalarına səfər edə biləcəyik.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, vətəndaşlar yaxın bir ildə ənənəvi həyata dönmənin mümkün olmayacağını başa düşməlidirlər.

R.Bayramlı əlavə edib ki, infeksiyaya yoluxma statistikası Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri, eləcə də Abşeron rayonu üzrə vəziyyətdə daha diqqətli olmağı tələb edir.

O qeyd edib ki, bir sıra yumşaldılma tədbirlərinin həyata keçirilməsi barədə qərar sosial-iqtisadi amillər nəzərə alınaraq, mühüm təhlillərə əsaslanaraq verilib.


Etiketlər:  Turizm fəaliyyəti bərpa edildikdən sonra istirahət zonalarına səfər etmək barədə düşünə bilmərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ