Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldinyo barədə daha bir kriminal iddia

Ronaldinyo barədə daha bir kriminal iddia

Tarix: 2 May 2020 15:02

Braziliyalı sabiq futbolçu Ronaldinyonun Paraqvayda saxlanılma səbəbinə dair daha bir iddia ortaya atılıb.

"Jornal de Brasília"nın verdiyi məlumata görə, bu, keçmiş hücumçunun digər kriminal əməli ilə əlaqədardır. Onun Braziliyanın Portu-Alleqridəki şəxsi mənzillərindən birini qeyri-qanuni azart oyunları üçün ayırdığı müəyyənləşib. Ronaldinyonun öz vətənində gizli geyminqə çevrildiyi üzə çıxıb.

Nəşrin ələ keçirdiyi sənədlərdə Portu-Alleqridə gizlicə qeyri-qanuni oyunlar təşkil edən "Winpoker" təşkilatının "sambaçı"nın evinə qeydiyyata alındığı göstərilib. Bu səbəbdən, Paraqvaydakı həbsin qeyri-qanuni fəaliyyətlə bağlı olduğu güman edilir. Saxta pasport versiyasının Braziliya hökumətinin xahişi ilə açıqlandığı və bu yolla böyük qalmaqalın çıxmasının istənilmədiyi bildirilir.

Hazırda Ronaldinyo Paraqvayda ev dustaqlığındadır. O və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasport təqdim etdikləri üçün həbs olunublar. Aprelin 7-də Ronaldinyo girov qarşılığında həbsxanadan çıxıb. Beləliklə, eks-futbolçu "içəri"də bir ay keçirib.

 


Etiketlər:  Ronaldinyo barədə daha bir kriminal iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ