Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik: Builki iyun ayının temperaturu iyul, avqust üçün səciyyəvidir

Nazirlik: Builki iyun ayının temperaturu iyul, avqust üçün səciyyəvidir

Tarix: 4 Iyun 2019 16:56

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin iyun ayında müşahidə edilən temperatur göstəriciləri daha çox iyul, avqust ayları üçün səciyyəvidir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu il iyun ayı üçün verilən proqnozda onun həmişəkindən isti olacağı deyilmişdi:

"Bu il iyun ayının ilk günlərindən ölkə ərazisində hava şəraiti isti keçir. Müqayisə aparsaq görərik ki, çoxillik norma göstəricilərində havanın temperaturu regiondan asılı olaraq, 5-7 dərəcə yüksəkdir.

Keçən ilin iyun ayının ilk günlərində Bakıda havanın temperaturu 24-25 dərəcə təşkil edirdi. Bu ilin iyun ayında isə keçən illə müqayisədə temperatur 8-10 dərəcə yüksəkdir. Hazırda Bakıda 35 dərəcə isti müşahidə olunur. Həftənin sonuna qədər hava şəraitində ciddi dəyişiklik olmayacaq və temperatur yüksək olacaq".

U.Tağıyeva qeyd edib ki, son illərdə hər il yüksək temperatur göstəriciləri iyul, avqust aylarında müşahidə olunub. Ona görə həm iyul, həm avqust ayında temperaturun ayrı-ayrı dövrlərdə 40 dərəcədən yüksək olacağı da gözlənilir.

U.Tağıyeva müşahidə olunan isti hava şəraitinə görə artıq dəniz suyunun temperaturu barədə məlumatların da verildiyini qeyd edib:

"Yayda adətən, ən yüksək temperatur 11:00-dan 17:00-a qədər müşahidə edilir. Bu müddət ərzində günəş şüalarının birbaşa təsiri altında olmaq xüsusilə uşaqlar üçün təhlükəlidir. Ona görə insanları, xüsusilə yaşlı şəxsləri ehtiyatlı olmağa çağırırıq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazirlik Builki iyun ayının temperaturu iyul avqust üçün səciyyəvidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ