Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona”nı tərk edib, “Real”a keçməsindən danışdı

“Barselona”nı tərk edib, “Real”a keçməsindən danışdı

Tarix: 3 May 2020 10:38

Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Luiş Fiqu İnstaqramdakı canlı yayımda “Barselona”dan “Real”a keçməsinin səbəbindən danışıb.

Qol.az xəbər verir ki, o, bu qərarın çətin olduğunu söyləyib: “Bu, çətin, amma möhkəm iradə tələb edən qərar idi. Çünki mənə çox şey vermiş bir şəhəri tərk etməli olurdum. Barselonadaözümü yaxşı hiss edirdim. Amma bu, yalnız şəhərə aid idi. Klubda isə işimin lazımınca qiymətləndirilmədiyini hiss edirdim. Asan deyildi. Ona görə də “Real”dan təklif gələndə qəbul etdim”.

Xatırladaq ki, Luiş Fiqu 1995-2000-ci illərdə “Barselona”, 2000-2005-ci illərdə isə bu komandanın əzəli rəqibi “Real”da oynayıb.

 


Etiketlər:  Barselonanı tərk edib Reala keçməsindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ