Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərə Premyer Liqası bu ölkədə keçirilə bilər

İngiltərə Premyer Liqası bu ölkədə keçirilə bilər

Tarix: 3 May 2020 10:48

İngiltərə Premyer Liqasının oyunları Avstraliyada davam etdirilə bilər.

Qol.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb. Bildirilir ki, bununla bağlı Premyer Liqaya təklif irəli sürülüb. Rəhbərlik oyunların Avstraliyanın Pert şəhərində keçirlməsi variantı üzərində də düşünür.

Daha öncə klub rəhbərləri ilə keçirilən videokonfrans zamanı onlara bildirilib ki, oyunlar neytral meydanda və azarkeşlərin iştirakı olmadan keçiriləcək.

Avstraliyadakı mənbə deyib ki, məsələ ilə bağlı Premyer Liqa klublarının nümayənləri ilə danışıblar: “Onlar bu fikrə müsbət yanaşırlar. Burada təhlükəsizdir. Hökumət məhdudiyyətlərin çoxunu ləğv edib”.

 


Etiketlər:  İngiltərə Premyer Liqası ölkədə keçirilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ