Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2020 11:04
Bakı. Trend:
Qazaxıstanda yeni növ koronavirusa daha 20 nəfər yoluxub.
Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halları Almatı (4), Manqistausk (1), Qızılorda (4), Atırau (1), Aktyubinsk (6) vilayətlərində və Nur-Sultan şəhərində (4) qeydə alınıb.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 877 nəfərə çatıb. Ən çox yoluxma halları Almatı (1 278) və Nur-Sultan (686) şəhərlərində qeydə alınıb.