Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Başa düşmürəm, niyə karantində deyilik?” - Futbolçudan etiraz

“Başa düşmürəm, niyə karantində deyilik?” - Futbolçudan etiraz

Tarix: 3 May 2020 13:10

“Köln”ün iki futbolçusu və bir fizioterapevti koronavirusa yoluxub.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna baxmayaraq, komanda məşqlərini davam etdirir. Yarımmüdafiəçi Birger Verstrate isə bundan narazıdır.

“Klubun virusa yoluxan oyunçuların kimsə ilə əlaqəyə girmədiyinə dair məlumatı doğrudur. Amma fizioterapevt son bir neçə həftədə məni müalicə edib. Koronavirusa yoluxan iki futbolçudan biri ilə isə mən zalda məşq etmişəm. Bizim indi karantində olmamağımız təəccüblüdür. Bunu başa düşmürəm. İndi birinci yerdə futbol yox, bizim sağlamlığımız olmalıdır” – deyə o qeyd edib.

 


Etiketlər:  Başa düşmürəm niyə karantində deyilik Futbolçudan etiraz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ