Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 10:40
Bakı. Trend:
Əfqanıstanın cənubundakı Hilmənd əyalətində hərbçiləri aparan avtomobil partladılıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 18 hərbçi həlak olub.
Qeyd olunur ki, avtomobil nəzarət-buraxılış məntəqəsi yaxınlığında partlayıb. Hadisə ilə bağlı “Taliban” radikal hərəkatı məsuliyyəti üzərinə götürüb.
Xatırladaq ki, bir neçə gün əvvəl “Taliban” ölkənin şimalında nəzarət-buraxılış məntəqəsinə hücum edib. Həmin hadisə zamanı 5 hərbçi həlak olub.