Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 16:48
Bakı. Trend:
NATO tarixdə ilk dəfə baş qərargah rəislərinin görüşünü videokonfrans formatında keçirəcək.
Trend-in məlumatına görə, iclas mayın 14-də baş tutacaq. Videokonfrans zamanı koronavirus qlobal böhranı, onun alyansın fəaliyyətinə vurduğu ziyan və NATO tərəfindən pandemiyaya reaksiya ilə bağlı dəstəyi məsələləri müzakirə olunacaq.
İclasda alyansın baş katibi Yens Stoltenberq də iştirak edəcək.
Bundan başqa, bu videokonfrans alyansa yeni qoşulmuş Şimali Makedoniyanın ilk iclası olacaq.