Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı 20 milyon manat ayrıldı - SƏRƏNCAM

Bakıda təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı 20 milyon manat ayrıldı - SƏRƏNCAM

Tarix: 5 May 2020 13:27

Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.17.1-ci yarımbəndində göstərilmiş 20,0 (iyirmi) milyon manat Bakı Şəhər İcra Hakimiyyətinə ayrılır.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Etiketlər:  Bakıda təhsil müəssisələrinin tikintisi təmiri ilə bağlı milyon manat ayrıldı SƏRƏNCAM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ