Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2019 06:12
Bakı. Trend:
Yüngül çəki dərəcəsində Mütləq Döyüş Çempionatının (UFC) kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədov təşkilatla yeni müqavilə imzalayıb.
Trend-in məlumatına görə, bu barədə "ESPN" telekanalı xəbər verib.
Qeyd edilir ki, müqavilə bir neçə döyüş üçün nəzərdə tutulub. Müqavilənin digər təfərrüatları açıqlanmır.
Sənəddə kanadalı Jorj Sen-Pyerin UFC-yə qayıdacağı təqdirdə H.Nurməhəmmədovun onunla döyüşmə ehtimalının olmasına dair maddə yer alıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin