Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Problemli kreditlər üzrə kompensasiyalar üçün ilk tranş çərçivəsində AYRILAN VƏSAİT açıqlanıb

Problemli kreditlər üzrə kompensasiyalar üçün ilk tranş çərçivəsində AYRILAN VƏSAİT açıqlanıb

Tarix: 22 Aprel 2019 16:03

Bakı. Azad Həsənli - Trend:

Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün ilk tranş çərçivəsində 350,8 milyon manat ayırıb.

Bunu Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev deyib.

Onun sözlərinə görə, bu vəsait bankların və bank olmayan kredit təşkilatlarının, eləcə də ləğvetmə prosesində olan təşkilatların hesablarına köçürülüb.

Qeyd edək ki, bu gündən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsinə başlanılıb. Kompensasiyaları 602 347 nəfər alacaq.


Etiketlər:  Problemli kreditlər üzrə kompensasiyalar üçün ilk tranş çərçivəsində AYRILAN VƏSAİT açıqlanıb


RƏYLƏR