Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 12:28
Pandemiya ilə əlaqədar sosial sahədə dövlət tərəfindən təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə təqdim olunan dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizindən çoxunu əhatə edir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində bildirib.
Nazir qeyd edib ki, ilk növbədə pandemiya dövründə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunması təmin edilib. Digər mühüm istiqamət kimi, sosial ödənişlərin davamlılığı təmin edilir. Aprel ayında da 2 milyon şəxsə pensiya, müavinət, təqaüd üzrə, 82 min 300 ailənin 342 min üzvünə isə ünvanlı sosial yardım üzrə ödənişlər edilib.
S.Babayev, həmçinin işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsə aprel ayı üzrə birdəfəlik ödəniş həyata keçirilldiyini diqqətə çatdırıb. Qeyd edib ki, digər bir istiqamət kimi məşğulluq imkanlarının artırılması üçün dövlət başçısının tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır. Cari il minimum 12 min ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatların qurulması, habelə 100 minədək ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır.
Nazir işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, bu ödənişlərin 20 minədək şəxsi əhatə etməsi üçün qanunvericiliyə dəyişikliklər edilməsi işlərinin aparıldığını da deyib.