Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 14:00
ARB TV-nin "Show News" verilişininin növbəti qonağı əməkdar artist Gülüstan Əliyeva olub.
Sonxeber.net bildirir ki, əməkdar artist bəzi şou-nümayəndələrinin ünvanına sərt ifadələr səsləndirib:
"Əvvəllər çox əsəbiləşirdim, indi boş verirəm. Əslində, reaksiya vermək qarşı tərəf üçün şərəf olur, özünü önəmsəyir. Bəziləri tanınmış insanlardan istifadə edib gündəmə gəlmək istəyirlər. Ad çəkmək istəmirəm, çünki o adamlar üçün reklam ola bilər. Sözü deyirsən yiyəsi özü götürür. Yanlarında cangüdənləri ilə gəzən müğənnicikləri bu gün adam yerinə sayan da yoxdur. Ona görə sənətinlə sevilməlisən. Yazıqlar neyləsin? 1 ay efirə çıxmasalar, unudulub gedəcəklər".