Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rabitəbank 190 AZN birdəfəlik ödəmələr üzrə əhaliyə kartların verilməsinə davam edir!

Rabitəbank 190 AZN birdəfəlik ödəmələr üzrə əhaliyə kartların verilməsinə davam edir!

Tarix: 6 May 2020 15:00

Bakı. Trend:

4 May tarixindən etibarən vətəndaşlara birdəfəlik müavinətlər təqdim olunur.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə may ayında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Tədbirlər Planına əsasən, Rabitəbank 21.000 nəfərdən çox vətəndaşa birdəfəlik ödəmələrin təqdim olunmasını həyata keçirməyə başlayıb. Belə ki, vətəndaşlar Rabitəbankın lokal plastik kartlarını əldə edərək ödəmələrini Rabitəbank ATM-lərindən əldə edə biləcəklər.

Ödəmələr yalnız paytaxt Bakı şəhərində deyil, bankın fəaliyyət göstərdiyi bütün regionlarda da həyata keçirilir. Vətəndaşlar onlara göndərilmiş SMS bildirişdə qeyd edilən Rabitəbank filialına yaxınlaşaraq 190 AZN birfəfəlik yardım olan bank kartlarını əldə edə bilərlər. Qeyd edək ki, birdəfəlik ödəməni yalnız işsizlik statusu rəsmiləşdirilmiş şəxslər ala bilər. Qanuna əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alınmır.

Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


Etiketlər:  Rabitəbank birdəfəlik ödəmələr üzrə əhaliyə kartların verilməsinə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ