Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 18:20
"Sağlamlığımda problemlər hədsiz çoxdur. Nə birdir, nə də ki iki. Şikayətim ürəyimdən, təzyiqimdəndir. Şəkərim də yüksəkdir. Müalicələr alıram. Bu müalicələri ayaqda qalmaq üçün edirəm. Amma xəstəlikdən sağalmıram".
Sonxeber.net xəbər verir ki, bu sözləri oxu.az-a 62 yaşlı əməkdar artist Hicran Nəsirova deyib.
"Uzun illərdir ki, süd vəzisi xərçəngi ilə mübarizə aparıram. Hər zaman qorxu içindəyəm. Səhhətimdə narahatlıq hiss edən kimi ilk növbədə bu xəstəliyimi müayinə etdirirəm. İllər öncə altı ay Moskvada xərçəngdən müalicə aldım. Bu ağır xəstəliklə bağlı problemlər üzə çıxan kimi yenidən Moskvaya uçub, müayinə olunuram. Amma Bakıda da müayinələrimi aparıram.
Əsəb, stress və gərginlik səbəbi ilə bir neçə il əvvəl evdə mikro infarkt keçirmişəm. Yaşıdlarım arasında bir nəfər də olsun sağlam aktyor yoxdur. Bu səhnədə canımız gedir. Gənc yaşlarımızdan bəri bu sənətə o qədər fanatlıq etmişik ki, özümüzə, canımıza qiymət verməmişik. Ona görə də yaşlaşdıqca, bu vəziyyətə düşürük".