Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 09:48
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Bolqarıstan çempionatında 2019/20 mövsümü davam etdiriləcək.
Qol.az xəbər verir ki, bunu Bolqarıstanın Gənclər və İdman naziri Krasen Kralev yerli mətbuata açıqlamasında deyib.
O, ölkə çempionatının iyun ayından etibarən davam etdiriləcəyini bildirib. Oyunlar iyunun 5-dən və ya 12-dən bərpa olunacaq. Matçlar azarkeşsiz keçiriləcək.
Qeyd edək ki, koronavirus pandemiyasına görə 24-cü turda dayandırılan Bolqarıstan çempionatında lider “Ludoqorets” bir oyun az keçirməsinə baxmayaraq, əsas rəqibləri “Lokomotiv” (Plovdiv), “Levski” (Sofiya) və ÇSKA-nı (Sofiya) 9 xal qabaqlayır.