Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xüsusi təyinatlı bölmələrin taktiki-xüsusi təlimi keçirilib - VİDEO

Xüsusi təyinatlı bölmələrin taktiki-xüsusi təlimi keçirilib - VİDEO

Tarix: 7 May 2020 12:32

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı bölmələrin taktiki-xüsusi təlimi keçirilib.

Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, təlim zamanı xüsusi təyinatlı qruplar şərti düşmən müdafiəsinin dərinliyində pusqu quraraq həmlə üçün əlverişli məqamda onun komanda məntəqəsi və hərbi təyinatlı obyektinin ələ keçirilməsi fəaliyyətini məşq ediblər. Əsas diqqət gizli hərəkətin təşkili və şərti düşmənin diversiya-kəşfiyyat qruplarının məhv edilməsinə yönəldilib.

Sonra xüsusi təyinatlılar əlbəyaxa döyüş elementlərinin tətbiqi ilə nümunəvi çıxışlar nümayiş etdiriblər.


Etiketlər:  Xüsusi təyinatlı bölmələrin taktiki xüsusi təlimi keçirilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ