Tarix: 5 Iyun 2019 17:08
"Bu hazırlıq bizim üçün çox vacibdir. Çünki qarşıdakı 2 oyun arasında cəmi bir məşqimiz olacaq. Ona görə də ötən həftədən təkcə Azərbaycan yox, həm də Uelslə matça hazırlaşırıq".
Qol.az xəbər verir ki, bu sözləri Macarıstan millisinin yarımmüdafiəçisi Mate Patkay yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. Avro-2020-nin seçmə mərhələsində iyunun 8-də millimizlə keçirəcəkləri oyun haqda fikirlərini bölüşən 31 yaşlı futbolçu Bakıdakı matçın çətin olacağını bildirib:
"Hər iki komandaya qarşı ciddi hazırlaşmalıyıq. Uels yüksək səviyyəli komandadır. Amma Azərbaycanla oyun daha çətin olacaq. Çünki yaxşı rəqibə qarşı oynayacağıq. Təzyiq altında olacağıq və bu, bizə mənfi təsir göstərə bilər".
Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu "Bakcell Arena"da keçiriləcək və 20:00-da başlayacaq.