Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cüdoçumuz EYOF-da erməni rəqibinə ipponla qalib gəldi

Cüdoçumuz EYOF-da erməni rəqibinə ipponla qalib gəldi

Tarix: 24 Iyul 2025 15:22

Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kq) Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında Ermənistandan olan rəqibinə ipponla qalib gəlib.

Bu barədə Sonxeber.net-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Ermənistanı təmsil edən Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (-81 kq) də 1/4 finala vəsiqə əldə edib.


Etiketlər:  Cüdoçumuz EYOF erməni rəqibinə ipponla qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ