Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kukurelya La Liqaya qayıda bilər

Kukurelya La Liqaya qayıda bilər

Tarix: 15 Dekabr 2025 20:38

"Çelsi" klubunun cinah müdafiəçisi Mark Kukurelya karyerasını yenidən İspaniya La Liqasında davam etdirə bilər. 

QOL.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb. Bildirilir ki, "Atletiko" klubu 27 yaşlı futbolçunun transferində maraqlıdır və bu keçidin əsas təşəbbüskarı baş məşqçi Dieqo Simeonedir.

Bununla yanaşı, transferin reallaşması asan görünmür. Belə ki, "zadəganlar" futbolçunu satmağa tələsmirlər və mümkün keçid üçün Madrid təmsilçisindən yüksək məbləğ tələb etməyi planlaşdırırlar. 

Qeyd edək ki, Kukurelyanın "Çelsi" ilə müqaviləsi isə 2028-ci ilin iyun ayına qədər qüvvədədir.


Etiketlər:  Kukurelya Liqaya qayıda bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ