Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Formula 1'' komandası növbəti mövsümdən yeni adla yarışacaq

''Formula 1'' komandası növbəti mövsümdən yeni adla yarışacaq

Tarix: 15 Dekabr 2025 21:56

"Formula 1"də çıxış edən komandalardan biri növbəti mövsümdən etibarən yeni ad altında mübarizə aparacaq.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, rəsmi açıqlamada bildirilib ki, kollektiv bundan sonra "Audi Revolut" adı ilə yarışacaq. Ad dəyişikliyi ilə yanaşı, komandanın yenilənmiş rəsmi loqosu da ictimaiyyətə təqdim olunub.

Hazırda çempionatda "Kik-Zauber" adı ilə çıxış edən komanda 2026-cı ildən etibarən "Formula 1"də "Audi" brendini təmsil edəcək.

Yeni mövsümdə komandanın əsas pilot heyətini almaniyalı Niko Hülkenberq və braziliyalı Qabriel Bortoleto təşkil edəcək.

Tural


Etiketlər:  Formula komandası növbəti mövsümdən yeni adla yarışacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ