Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan mebel idxalını artırıb

Azərbaycan mebel idxalını artırıb

Tarix: 15 Dekabr 2025 20:44

Bu ilin ilk on ayı ərzində Azərbaycana 362 milyon 760 min manatlıq mebel idxal olunub. 2024-cü ilin 12 ayı ərzində bu rəqəm 279,4 milyon manat olub.

Bu barədə Sonxeber.net-in sualına cavab olaraq Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədr müavini Tural Ozan məlumat verib.

O qeyd edib ki, bu il mebel idxalında ötən ilə nisbətdə 30% artım müşahidə edilib.

T.Ozan bildirib ki, ölkəmizə müxtəlif ölkələrdən mebel və mebel məhsulları idxal olunur. Türkiyə , Çin və İtaliya mebel idxalında siyahıya liderlik edirlər.

“Bugün mebel istehsalınin inkişaf etdirilməsi üçün ölkəmizdə kifayət qədər yaxşı şərait var . Mebel sahəsi inkişaf etdikcə ölkəmizdə mebel məhsullarının ixracı prosesi də artıq başlayıb”.

T.Ozan qeyd edib ki, mebelçilərimiz öz məhsullarını dünya bazarlarına çıxarmaq üçün yeni və əlverişli bazarlar axtarırlar.

“Məsələn, son illər ərzində Qazaxıstan , Gürcüstan , Çexiya , Bolqarıstan və ABŞ kimi ölkələrə mebel ixracını həyata keçiririk”,-deyə o əlavə edib.


Etiketlər:  Azərbaycan mebel idxalını artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ