Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 17:54
Bakı. İlhamə İsabalayeva – Trend:
Gələn ay hər yaş qrupuna aid, seçmə yolla müəyyən edilən şagirdlər arasında ölçmələr aparılacaq.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, teledərslər vasitəsilə şagirdlərə ümumi məzmun çatdırılıb: “Növbəti ayda hər yaş qrupuna aid olan, seçmə şagirdlər arasında ölçmələr aparılacaq. Bunun əsasında proqramın mənimsəmə faizini daha dəqiq müəyyənləşdirəcəyik. Eyni zamanda, şagird və valideynlərə əlavə dəstək mexanizmləri təqdim edəcəyik”.