Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

212 Azərbaycan vətəndaşı çarter reysi ilə İstanbuldan Bakıya gətirilib - FOTO

212 Azərbaycan vətəndaşı çarter reysi ilə İstanbuldan Bakıya gətirilib - FOTO

Tarix: 7 May 2020 20:48

7 may tarixində Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib. Həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətindən bildirilib ki, daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilib. Həmin reysdə 169 nəfər həmvətənlimiz olub.

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir.

Milli.Az


Etiketlər:  Azərbaycan vətəndaşı çarter reysi ilə İstanbuldan Bakıya gətirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ