Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert keçiriləcək

Fransada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert keçiriləcək

Tarix: 8 May 2020 16:00

Azərbaycanın Fransadakı səfirliyi Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert təşkil edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, virtual konsert 10 may tarixində səfirliyin mədəniyyət mərkəzində keçiriləcək.

Konsertin proqramı Azərbaycan bəstəkarlarının əsərlərindən və tanınmış mahnılarından ibarətdir.

Proqramda pianoda Vurğun Vəkilov və fleytada Ağarəhim Quliyev ifa edəcəklər.

Virtual konsetdə ifa ediləcək musiqilər:

1. Məşhur Azərbaycan mahnısı - Sarı gəlin

2. Tofiq Quliyev - Səhər nəğməsi

3. Qara Qarayev - Eskiz

4. Arif Məlikov - Monoloq

5. Arif Məlikov - Komdenin arzuları

6. Emil Əfrasiyab - Ataya məktub

7. Məşhur Azərbaycan mahnısı - Laçın

8. Qara Qarayev - İnsan məskən salır

9. Məşhur Azərbaycan mahnısı - Küçələrə su səpmişəm.

Milli.Az


Etiketlər:  Fransada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97 ci ildönümü münasibətilə virtual konsert keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ