Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2019 05:20
Bakı. Trend:
İraqın Anbar əyalətində Ramazan bayramı zamanı terror aktının qarşısı alınıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İraqın Müdafiə Nazirliyinin "Facebook" səhifəsində deyilir.
Məlumat bildirilir: "Dəqiq məlumat əsasında, gözlənilməzlik elementi və icra sürəti əsasında xüsusi əməliyyat zamanı 7-ci Hərbi Kəşfiyyat İdarəsinin dəstələri bölmə komandirinin müavinin və 29-cu diviziya və batalyonun kəşfiyyatının iştirakı və beynəlxalq koalisiya ilə qarşılıqlı fəaliyyət nəticəsində Anbar əyalətinin Əl-Bağdadi rayonunda Ramazan bayramı zamanı dinc sakinlərə qarşı yönəldilmiş böyük terror aktının qarşısı alınıb".
Qeyd edilir ki, xüsusi əməliyyat zamanı üzərlərində partlayıcı qurğu olan 7 terrorçu məhv edilib. Bildirilir ki, terrorçuların üzərində həmçinin müxtəlif silahlar da olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin