Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 17:44
Oruc tutmağın koronavirusa - COVID-19 infeksiyasına yoluxma riskini artıra biləcəyi ilə bağlı hazırda heç bir dəlil mövcud deyil.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, virusdan qorunmaq üçün başqaları ilə aranızda ən azı 1 metr məsafə saxlamaq, insanların sıx toplaşdığı məkanlardan uzaq durmaq lazımdır. Bununla yanaşı, əllər düzgün şəkildə və tez-tez yuyulmalı, respirator gigiyena qaydalarına riayət edilməlidir.