Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Goranboyda qadını vurub öldürən sürücü saxlanıldı

Goranboyda qadını vurub öldürən sürücü saxlanıldı

Tarix: 9 May 2020 13:20

Goranboy rayonunda qadını vurub öldürən sürücü saxlanılıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, rayonun Goran qəsəbəsində Gürcüstan vətəndaşı, 1993-cü il təvəllüdlü Giorgi Batmanovun idarə etdiyi yük avtomobili ilə yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Baxşəliyeva Şahnaz İsmayıl qızını vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

DİN-nin Baş İstintaq və Tədqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydaları pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.


Etiketlər:  Goranboyda qadını vurub öldürən sürücü saxlanıldı


RƏYLƏR