Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik edib - FOTO

Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik edib - FOTO

Tarix: 9 May 2020 15:21

Heydər Əliyev Fondu hər il olduğu kimi bu dəfə də 9 May - Qələbə Günündə Böyük Vətən Müharibəsi veteranları ilə birgə olub. Koronavirus pandemiyası ilə əlaqədar Qələbə Gününün 75-ci ildönümü təntənəli bayram tədbirləri ilə qeyd olunmadığından veteranlarımız bu il fərqli formatda təbrik edilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət olunub.

9 May - Qələbə Günü münasibətilə təbrik edilən müharibə iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduqları Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təqdim edilib.

Bununla yanaşı, respublika üzrə 256 veteranın evində bayram süfrəsi qurulub, həmçinin onlara Heydər Əliyev Fondunun sovqatları çatdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın veteranlarımızın qayğılarını daim diqqətində saxladığı qeyd olunub və böyük qələbənin əldə olunmasında hünər göstərən həmvətənlərimiz bir daha bayram münasibəti ilə təbrik edilib.


Etiketlər:  Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ