Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 17:36
Maskalardan istifadə məcburi olduğu üçün maska qıtlığı problemi də yarana bilər, lakin hazırda belə bir problem yoxdur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bütün apteklər qoruyucu vasitələrlə, eləcə də maskalarla təmin edilib: "Təlimata uyğun olaraq, ev şəraitində də maskalar hazırlana və onlardan istifadə edilə bilər".