Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 18:16
Modul tipli xəstəxanalar səhra hospitalları kimi istifadə edilə bilər. Bu xəstəxanaların hər biri mövcud xəstəxanalara təhkim olunub. Bunlar təhkim olunduğu xəstəxanaların infeksion şöbələri kimi fəaliyyət göstərəcklər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, pandemiya bitdikdən sonra modul tipli xəstəxanaların aktuallığı bitməyəcək: "Lazım gəldikdə bu xəstəxanaları səhra xəstəxanalarına çevirə bilərik. Bu xəstəxanaların təchizatı da imkan verəcək ki, onları səhra hospitalları kimi istifadə edək".