Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vahid Əziz: Prezident İlham Əliyevin ədəbiyyata göstərdiyi diqqət Azərbaycanın tarixi və gələcəyinə böyük töhfədir (VİDEO)

Vahid Əziz: Prezident İlham Əliyevin ədəbiyyata göstərdiyi diqqət Azərbaycanın tarixi və gələcəyinə böyük töhfədir (VİDEO)

Tarix: 6 Iyun 2019 12:50

Bakı. Samir Əli - Trend:

Mədəniyyət və incəsənət cəmiyyətimizin aparıcı sahələrindən biridir. Prezident İlham Əliyevin bu sahəyə verdiyi önəm ölkəmizin gələcəyinə, inkişafına böyük töhfədir. 28 May - Respublika Günü ərəfəsində də dövlət başçımız sənət adamlarına xüsusi qayğı ilə yanaşaraq onların bir qrupunu müxtəlif fəxri adlarla təltif etdi.

Mədəniyyət və incəsənət xadimləri də öz növbəsində göstərilən bu diqqəti yüksək qiymətləndirir, bununla qürur duyurlar. Ziyalılarımız, həmçinin Azərbaycanın bugünkü inkişafı, cəmiyyətin bütün sahələrində həyata keçirilən islahatlar, abadlıq-quruculuq işləri, bir sözlə, əldə edilən uğurlardan olduqca məmnundurlar.

"PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə müsahibə verən Xalq şairi Vahid Əziz bu ada layiq görülməsini həyatının ən xoş hadisələrindən biri kimi qiymətləndirir:

“Respublika Günü ərəfəsində bu adı almaq həyatımda baş verən xoşbəxt hadisələrdən biridir. Bu sərəncam göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev üçün əsas xalqın sevgisidir. Mənə həmyerlilərim, dostlarım, tanışlarım zəng vurub dedilər ki, bu, təkcə sizə deyil, hamımıza verilən dəyərdir. Prezident İlham Əliyevin ədəbiyyata göstərdiyi diqqət Azərbaycanın tarixi və gələcəyinə böyük töhfədir. Çünki Azərbaycanı gələcəyə aparan dövlət, onun qüdrəti və siyasəti, gələcəkdə tanıdan və yaşadan isə ziyalılardır. Ona görə də mən dövlət başçısına minnətdaram”.

V. Əziz qeyd edib ki, Azərbaycan bu gün çox mühüm beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib:

“Bu, o deməkdir ki, əgər bu gün Azərbaycanda möhtəşəm idman qurğuları olmasaydı, “Çelsi” və “Arsenal” kimi nəhəng futbol komandaları gəlib burda oynamazdı. Həmin komandalarla birgə nə qədər azarkeş kütləsi də gəldi. Bütün bunların hamısı təbliğatdır. Azərbaycana gələn həmin adamların hər biri öz ölkəsinə qayıdandan sonra idmanın inkişafı, infrastrukturun genişlənməsindən danışacaq. Mən başqa ölkələrdə də oluram. Bakıya gələnlər heyran qalır və bildirirlər ki, şəhər 3 il əvvəlki kimi deyil, çox dəyişib”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Vahid Əziz Prezident İlham Əliyevin ədəbiyyata göstərdiyi diqqət Azərbaycanın tarixi gələcəyinə böyük töhfədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ