Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu saata qədər bölgələrdən paytaxta 11790 nəfər daşınıb

Bu saata qədər bölgələrdən paytaxta 11790 nəfər daşınıb

Tarix: 6 Iyun 2019 13:08

Bakı. Samir Əli - Trend:

Dövlət Avtomobil Nəqliyyatı Xidməti Ramazan bayram münasibətilə qeyri-iş günündə bölgələrdən Bakıya daşınan sərnişinlərin sayını açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Trend-ə bildirib ki, hazırda ölkənin 56 avtovağzal və avtostansiyasından sərnişin daşınması davam etdirilir:

"Bu gün respublikanın 56 avtovağzal və avtostansiyasından ümumulikdə bu saata qədər 15490 sərnişin daşınıb. Onlardan 11790 nəfəri bölgələrdən paytaxta daşınıb".


Etiketlər:  Bu saata qədər bölgələrdən paytaxta 11790 nəfər daşınıb


RƏYLƏR