Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tahir Rzayev: Fransa məhkəməsinin qərarı mühüm hüquqi hadisədir

Tahir Rzayev: Fransa məhkəməsinin qərarı mühüm hüquqi hadisədir

Tarix: 6 Iyun 2019 13:33

Bakı. Samir Əli - Trend:

Fransa məhkəməsinin çıxardığı qərar beynəlxalq hüquq normalarına tam uyğundur.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, Dağlıq Qarabağ rejimi ilə Arnuvill şəhəri arasında «Dostluq haqqında xartiya»nın ləğvi mühüm hüquqi hadisədir:

"Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıdığı br halda Dağlıq Qarabağ ərazisini işğal etmiş separatçı qurumla, qondarma bir hakimiyyətlə Fransa kimi böyük bir ölkənin əməkdaşlıq etməsi BMT-nin, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara ziddir. Fransa məhkəməsi düzgün olaraq bu uyğunsuzluğu aradan qaldırdı və həqiqəti bərpa etdi".

Mövcud qərarın ləğvi erməni lobbisinin, qondarma rejimin rəhbərlərinin ifşası olmaqla bərabər, Azərbaycan-Fransa münasibətlərinin gündən-günə möhkəmlənməsindən, dövlətimizin uğurlu xarici siyasətindən xəbər verir:

"Bu həm Ermənistanın təcavüzkar siyasətinin aşkar göstərilməsi, həm də dünya ölkələri arasında onun nüfuzuna ciddi zərbə kimi qiymətləndirilməlidir. Artıq bütün dünya həqiqəti anlamağa başlayır".

Qeyd edək ki, Fransanın Serji-Pontuaz (Cergy-Pontoise) inzibati məhkəməsi bu ölkənin Arnuvil (Arnouville) şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 22 oktyabr 2018-ci il tarixli qeyri-qanuni "saziş"i ləğv edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tahir Rzayev Fransa məhkəməsinin qərarı mühüm hüquqi hadisədir


RƏYLƏR