Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''''Yuventus''un üzünə bir-iki şapalaq vurub Çempionlar Liqasından...'' - Melo

''''Yuventus''un üzünə bir-iki şapalaq vurub Çempionlar Liqasından...'' - Melo

Tarix: 10 May 2020 15:18

"Qalatasaray"ın və Braziliya millisinin sabiq üzvü Felipe Melo "Yuventus"un müdafiəçisi Corco Kyellini tərəfindən tənqid olunmasına reaksiya verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırda vətənində - "Palmeiras"da top qovan futbolçu belə deyib:

"Komanda yoldaşlarına hörmət etməyən, dava-dalaş salan insan mənəmsə, Corco şalvarını batırmağa hər an hazır olan qorxaqdı. Bəli, məhz belədi. Öz kitabında mənim haqqımda yazdıqlarını oxumamışam. Heç oxumaq fikrim də yoxdu. Kyellininin etdiyini etməkdən daha asan iş yoxdu. Balotellinin xarakterinə görə döyülməli olduğunu, mənim ondan da pis biri kimi yadda qaldığımı deyibsə, bu, onun öz işidi. Bilin ki, heç vaxt orda oynadığım dönəmdə "Yuventus"a qarşı hörmətsizlik etməmişəm. Bundan sonra adam yerinə qoymayacağım bir insan var, o da Kyellinidi. Unutmasın ki, mən "Qalatasaray"a keçəndən sonra onun Juventus-unun üzünə bir-iki şapalaq vurub Çempionlar Liqasından kənara tullamışdıq...

Özünü elə aparır ki, sanki dahidi. Bəlkə də Braziliya millisindən Konfederasiyalar Kubokunda (2009) aldıqları 3:0 hesablı məğlubiyyəti hər dəfə yadına salanda gözünün qabağına mən gəlirəm".

Milli.Az


Etiketlər:  Yuventusun üzünə şapalaq vurub Çempionlar Liqasından Melo


RƏYLƏR