Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 13:20
Bakı. Trend:
Meksikanın Xalisko ştatında narkokartel rəhbərlərindən biri Moyses Eskamilya May həbsxanada koronavirusdan ölüb.
Trend-in məlumatına görə, “Los Setas” kartelinin rəhbəri bir həftə əvvəl xəstəxanaya yerləşdirilmişdi.
O, çoxsaylı cinayətlərə, o cümlədən 12 nəfərin başının kəsilməsinə görə, 37 il müddətinə azadlıqdan məhrum edilmişdi.
M.Eskamilya May 2008-ci ildən Xalisko ştatının həbsxanasında cəzasını çəkirdi.