Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 13:34
“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Yunanıstanın “Panatinaikos” klubundan təklif alması barədə xəbərlərə münasibət bildirib.
Qol.az azerisport.com-a istinadən xəbər verir ki, mərakeşli futbolçu deyib: “Hər dəfə mənimlə hansısa komanda maraqlananda eyni sualı verirlər ki, gedirsən, yoxsa qalırsan? Düzü, artıq eyni şeylər haqda danışmaq məni bezdirib. Şərh belə vermək istəmirəm. “Qarabağ”la müqaviləm var və bu komandada xoşbəxtəm” – deyə o bildirib.
Xatırladaq ki, Zubirin Ağdam klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.