Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 01:33
Orqanizmdə D vitamini çatışmazlığı COVID-19 xəstəliyindən ölüm riskini artırır.
Sonxeber.net xəbər verir ki, bu fakt ABŞ-ın İllinoys ştatındakı Nortvestern Universitetinin araşdırması nəticəsində ortaya çıxıb.
Universitetin araşdırmaçıları yeni tip koronavirusdan qaynaqlanan ən yüksək ölümlərin qeydə alındığı İtaliya, İspaniya və İngiltərə kimi ölkələrdəki ölümlərdə D vitamini səviyyəsinin digər ölkələrdəki ölümlərlə müqayisədə daha aşağı olduğunu təsbit edib.
Araşdırma qrupunun rəhbəri Vadim Bekman D vitamini ilə müalicənin hələlik COVID-19 xəstələrinə alternativ olaraq tətbiq edilə biləcəyini bildirib.
Araşdırma hesabatında bütün insanları D vitamini qəbul etməyə istiqamətləndirməyin tez olduğu, vitaminin doğru miqdarda qəbul edilməzsə, əks təsirlərinin ola biləcəyi və yekun nəticələr əldə etmək üçün araşdırmanın dərinləşdirilməli olduğu qeyd edilib. (publika.az)