Əfsanəvi boksçu Mayk Tayson yenidən döyüşə çıxmağa
hazırlaşır.
Qol.az xəbər verir ki, şəxsi Tvitter səhifəsində
məşqdən görüntülərini paylaşan 53 yaşlı keçmiş boksçu xeyriyyə təşkilatı üçün
bir neçə görüş keçirəcəyini bildirib.
“Ağıllı olsan, hər şey mümkündür.
Ağıllı məşq edin, ağılla özünüzə gəlin” – deyə o bildirib. Paylaşımın sonunda
isə Tayson “Mən qayıtdım” deyib.
Videodan görünür ki, 53 yaşı olmasına
baxmayaraq, Tayson hələ də yaxşı formadadır.
Qeyd edək ki, “Dəmir Mayk”
ləqəbli Tayson peşəkar karyerasını 2005-ci ildə bitirib.