Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanoş Hovari: Türk Şurası COVID-19-la mübarizə üzrə əməkdaşlıq üçün möhkəm əsas təşkil edir

Yanoş Hovari: Türk Şurası COVID-19-la mübarizə üzrə əməkdaşlıq üçün möhkəm əsas təşkil edir

Tarix: 13 May 2020 17:09

"Türk Şurası COVID-19 və onun fəsadları ilə mübarizəyə yönəlmiş əməkdaşlıq üçün möhkəm əsas təşkil edir".

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Türk Şurasının Budapeştdəki nümayəndəliyinin rəhbəri, səfir Yanoş Hovari deyib.

O bildirib ki, bütün dünya yeni virusun yayılmasına qarşı mübarizə apardığı bir vaxtda Türk Şurası üzv dövlətləri və Macarıstan müşahidəçi dövlət qismində daha sıx əməkdaşlığın, həmrəyliyin və müxtəlif sahələrdə təcrübə mübadiləsinin zəruriliyini başa düşür:

"Aydındır ki, indiki şəraitdə sərhədlərin bağlanması zərurəti yaranıb və bu, müəyyən mənada dövlətlərin regional iqtisadi əlaqələri qorunması və ilkin tələbat məhsullarının ticarətini necə təmin edə biləcəkləri ilə bağlı sınaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş zirvə görüşü üzv ölkələr arasında beynəlxalq təşkilatların iştirakı ilə məqsədyönlü danışıqlara təkan verib".

Y.Hovari əlavə edib ki, iqtisadi və ticarət münasibətlərinin dəstəklənməsi zamanın sınağından keçir və yaxşı nəticələr göstərir:

"Əlbəttə ki, COVID-19 hər bir ölkəyə iqtisadi inkişaf səviyyəsindən asılı olaraq fərqli təsir göstərir. Üzv ölkələr sıx əməkdaşlıq etməyi davam etdirdikcə onların iqtisadi dayanıqlığı təmin olunacaq. Türk Şurası COVID-19 və onun fəsadları ilə mübarizəyə yönəlmiş əməkdaşlıq üçün möhkəm əsas təşkil edir, çünki təşkilatların əməkdaşlıq sahələri iqtisadi əməkdaşlığı, nəqliyyat və gömrük sahələrində əməkdaşlığı əhatə edir".


Etiketlər:  Yanoş Hovari Türk Şurası COVID mübarizə üzrə əməkdaşlıq üçün möhkəm əsas təşkil edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ