Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 20:30
Xalq artisti Könül Xasıyeva İnstaqram hesabında anası ilə bağlı paylaşım edib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi onun fotosunu izləyicilərlə bölüşərək "Canım anam, sənin də, Kazımın da (oğlu-red.) ağrılarınız mənə gəlsin, öz ağrılarıma qataram. Sizə bir şey olmasın. Dünya sevdiklərimizi bizdən alır" sözlərini yazıb.
Qeyd edək ki, sənətçinin atası ötən il dünyasını dəyişib. K.Xasıyevanın anası isə uzun müddətdir yaddaşını itirib.