Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apreldə Azərbaycana gələn xarici vətəndaşların sayı 92 faiz azalıb

Apreldə Azərbaycana gələn xarici vətəndaşların sayı 92 faiz azalıb

Tarix: 14 May 2020 12:36

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin aprel ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 92 faiz azalıb.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Hazırda dünya, o cümlədən Azərbaycan turizminin böhran içində olduğunu xatırladan K.Quluzadə əlavə edib ki, Azərbaycana gələn xarici vətəndaşların sayının 92 faiz azalması turizmin sıfır nöqtəsində olduğunu göstərir:

"Turizmi inkişaf etdirən bütün dünya ölkələri son 2-3 ay ərzində yeni bərpa və inkişaf mərhələsinə hazırlaşırlar. Azərbaycan turizminin nümayəndələri də bu məqsədlə öz marketinq işlərini, treninqlərini onlayn keçirir, beynəlxalq təşkilatlar və xarici dövlətlərlə turizm sahəsi üzrə onlayn danışıqlar aparırlar".

K.Quluzadə əlavə edib ki, pandemiyanın olmasına baxmayaraq, hazırda Azərbaycan üçün prioritet olan xarici bazarların itirilməməsi səbəbindən fərqli alətlərdən istifadə etməklə onlayn qaydada işlər aparılır.

O, bu prioritet xarici bazarlara misal olaraq, Çin, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələri misal çəkib.


Etiketlər:  Apreldə Azərbaycana gələn xarici vətəndaşların sayı faiz azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ