Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 18:16
Rusiyanın “Lokomotiv” klubu baş məşqçisi Yuri Syominlə yolları ayırıb.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Moskva təmsilçisi 73 yaşlı mütəxəssisin mayın 31-də başa çatacaq müqaviləsini yeniləməyib.
Artıq onun əvəzləyicisi də bəllidir. Klub "Qəbələ"nin sabiq baş məşqçisini serbiyalı Marko Nikoliçin əvəzləyəcəyini açıqlayıb. 40 yaşlı yeni baş məşqçi işinə iyunun 1-də başlayacaq.
Marko Nikoliç
Qeyd edək ki, Syomin 2016-cı ildən paytaxt klubunu çalışdırırdı. Bundan əvvəl isə komandaya üç dəfə rəhbərlik edib - 1986-1990-cı illər, 1992-2005 və 2009-2010-cu illər. O, 2013/2014 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub.