Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏBİB-in tabeliyindəki tibbi müəssisələrin siyahısında dəyişiklik edilib

TƏBİB-in tabeliyindəki tibbi müəssisələrin siyahısında dəyişiklik edilib

Tarix: 14 May 2020 19:24

Nazirlər Kabineti "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarında dəyişiklik edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"nin (TƏBİB) adı dəyişdirilərək "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" olub.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısında da dəyişiklik edilib. Belə ki, TƏBİB-in elmi tədqiqat institutları sırasından B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu çıxarılıb.

Onun əvəzində isə siyahıya "Milli Hematologiya və Transfuziologiya Mərkəzi daxil edilib.


Etiketlər:  TƏBİB tabeliyindəki tibbi müəssisələrin siyahısında dəyişiklik edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ