Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mübariz Qurbanlı: Problemli ailələrdə böyüyən uşaqlar cəmiyyət üçün çətinliklər yaradır

Mübariz Qurbanlı: Problemli ailələrdə böyüyən uşaqlar cəmiyyət üçün çətinliklər yaradır

Tarix: 15 May 2020 16:08

Problemli ailələrdə böyüyən uşaqlar gələcəkdə cəmiyyət üçün də müəyyən çətinliklər yaradır. Burada narkomaniya və cinayətkarlıq kimi fəsadlar özünü göstərir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Ailənin möhkəm təməllər üzərində qurulmasını vacib sayan M.Qurbanlı qeyd edib ki, gələcəkdə ailə institutunun dağılacağı barədə də fikirlər müzakirə edilir:

"Biz bəzi ölkələrdə hətta nikahın aradan götürüldüyünü, başqa formalı ailələrin qurulduğunu görürük. Ailə institutunu mütləq qoruyub saxlamaq lazımdır".

M.Qurbanlı əlavə edib ki, bu gün Azərbaycan dövləti tərəfindən ailələrə hər cür dəstək göstərilir.

Milli.Az


Etiketlər:  Mübariz Qurbanlı Problemli ailələrdə böyüyən uşaqlar cəmiyyət üçün çətinliklər yaradır


RƏYLƏR