Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramin Bayramlı: Dövlətin ayırdığı vəsait hər bir həkimə çatacaq

Ramin Bayramlı: Dövlətin ayırdığı vəsait hər bir həkimə çatacaq

Tarix: 15 May 2020 18:18

Dövlətin ayırdığı vəsait hər bir həkimə çatacaq, bundan heç kim narahat olmamalıdır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Koronavirus xəstələrinin müalicəsinə cəlb edilən həkimlərə əlavə ödənişlərin verilməsində gecikmələrin olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Ramin Bayramlı bildirib ki, həkimlərə mart ayının maaşı verilib, aprel ayının maaşı da verilir.

"Burada bəzi subyektiv hallar da mövcuddur. Ölkədə faliyyət göstərən xəstəxanalardan həkimlər koronavirus xəstələrinin müalicəsinə cəlb edilib və onların maaşlarının hesablanması ilə bağlı işlər aparılır, eyni zamanda həkimlərin iş saatlarına görə maaşlarının hesablanması həyata keçirilir. Bu işlər tamamlandıqca maaşların ödənilməsi həyata keçirilir.


Etiketlər:  Ramin Bayramlı Dövlətin ayırdığı vəsait hər həkimə çatacaq


RƏYLƏR