Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 18:20
Yoluxma riski böyük olduğundan iri ticarət mərkəzləri hələ ki, açılmır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, iri ticarət mərkəzləri yalnız ticarət obyektləri deyil, həm də əyləncə zonalarıdır: "Burada insanların toplaşması çox olduğuna görə mövcud qadağalar hələ ki, qüvvədə qalır. Bilirsiniz ki, yumşalma zamanı yoluxma əsasən artır. Hələ ki, statistika artmaqdadır. Ona görə də bu qadağalar yoluxma hallarının qarşısını almaq üçün vacibdir".